Müstəqil Azərbaycan Respublikasında həyata keçirilən əsaslı hüquqi islahatlar nəticəsində insana, onun həyat və səhhətinə, hüquq və azadlıqlarına ümumbəşəri dəyər kimi qiymət verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edərək, ölkəmizdə demokratikləşmə proseslərinin dünya standartlarına uyğunlaşması, qanunçuluq və hüquq qaydalarına hamılıqla dönmədən riayət edilməsi naminə sosial yönümlü islahatların aparılması istiqamətini təsdiq etmişdir.
Məhz bunun nəticəsidir ki, bu gün insan və vətəndaşlar hüquq və azadlıqlarının müdafiə edilməsi üçün ədalət mühakiməsinə üz tuturlar.
Hesab edirik ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin internet saytının açılması insan və vətəndaşların qısa müddət ərzində heç bir maneə olmadan müraciət etmək hüquqlarının təmin edilməsinə xidmət edəcəkdir.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sədri Gülzar Rzayeva |
Dili seçin:
|